İqtisadiyyat

SAZZ brendinin sahibi məhkəməyə verildi

28 May 2022 06:46
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış internet operatoru SAZZ brendinin sahibi olan "AZQTEL" MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Belə ki, şirkət valyuta tənzimi qaydalarını pozmaqda təqsirli bilinir.

Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, SAZZ 2010-cu ildə "AZQtel" MMC tərəfindən yaradılıb və ölkədə ilk simsiz internet xidməti təklif edən şirkət kimi tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.