İqtisadiyyat

Sahibkarlara şad xəbər: yeni imkanlar yaradıldı - VİDEO

26 May 2022 17:07
Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur. Yeni mexanizmin tətbiqi ilə bağlı təkliflər artıq təsdiq olunub. Yeni mexanizm antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur. Iqtisadiyyat nazirliyinin sahibkarliğin inkişafi fondunun idarə heyəti sədrinin vəzifəsini icra edən osman xaliyev bu mexanizmlə  ilk olaraq  hansi sahələrin subsidiyalaşdirilcağina aydinliq gətirib.  

Yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan  sahibkarlara dəstək göstərilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur.

Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.