İqtisadiyyat

"Azərbaycanın sənaye zonalarında əlverişli investisiya mühiti yaradılıb"

22 May 2022 09:45
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın sənaye zonalarında əlverişli biznes və investisiya mühiti yaradılıb.

Bunu Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, gəlir vergisindən azad edilmə, torpaq icarəsi və bir sıra digər güzəştlər sahibkarların sənaye zonalarının ərazisində biznes qurmağa marağını artırmağa kömək edir.

"Bu günə kimi 104 sahibkarlıq subyekti sənaye zonalarının rezidenti statusunu alıb, onlardan 58-i artıq fəaliyyətə başlayıb. Bundan əlavə, onlar indiyədək sənaye zonalarına 6,4 milyard manat sərmayə qoyub, 10 mindən çox iş yeri yaradıb", - deyə E.Nuriyev bildirib.

İdarə Heyətinin sədri həmçinin bildirib ki, növbəti mərhələdə mövcud layihələr çərçivəsində sənaye zonalarına əlavə olaraq 400 milyon manata yaxın investisiya qoyuluşu və 2,6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.