Maraqlı

Ayı vuracaq, Yerdə atom bombası effekti yaradacaq

3 İyul 2025 01:01
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəhərd asteroid Yerə doğru sürətlə irəliləyir. Əgər dəysə, həyatı iflic edəcəyi deyilir, mütəxəssislər isə onun "atom bombası qədər güclü" olduğunu iddia edir. 

Milli.Az hit.az-a istinadən xəbər verir ki, 2024-cü ilin sonunda kəşf edilən və əvvəlcə Yerə dəyəcəyi güman edilən YR4 adlı nəhərd asteroidin istiqaməti yenidən hesablandı. 10 mərtəbəli bina ölçüsündəki göy cismi indi Aya doğru hərəkət edir və dəymə ehtimalı getdikcə artır. NASA-ya görə, 2032-ci ildə baş verə biləcək toqquşmanın ehtimalı 4.3%-ə yüksəlib. Bu göstərici fevralda 1.7%, apreldə isə 3.8% idi.

Avstraliya Milli Universitetindən kosmoloq Bred Taker deyib: "Təhlükə Yerdən Aya keçdi, amma bu bizi maraqlandırmır demək deyil. 1/25 kimi bir ehtimaldan danışırıq".

Takerə görə toqquşma atom bombası təsiri yarada bilər və yarana biləcək meteor yağışları Yer ətrafı orbitdəki peykləri təhdid edə bilər.

Bu toqquşma internet bağlantılarından naviqasiya sistemlərinə, maliyyə əməliyyatlarından hərbi infrastrukturlara qədər bir çox həyati sistemi iflic edə bilər. Çünki dəymədən sonra yaranacaq kosmik qalıqlar Yer orbitindəki peyklərə ziyan vurma potensialına malikdir. Hətta yeni bir "peyk qalıqları halqası" yaranma riski belə var.

Günəş dinamikası mütəxəssisi Dr. Pol Viqert bildirir ki, əgər YR4 Aya dəysə, bu son 5 min ilin ən böyük kosmik toqquşması olacaq. Nəhərd asteroid kosmik stansiyanı və ya böyük peykləri asanlıqla məhv edə biləcək qüvvədədir.

Yeni tədqiqatlar göstərir ki, bu toqquşma təsiri təkcə Ayda deyil, həm də Yerdə özünü göstərə bilər. Çünki yarana biləcək böyük miqdarda qalıqların Yer orbitinə çəkilərək peyklərin zədələnmə ehtimalını min dəfə artıra biləcəyi proqnozlaşdırılır. Səlahiyyətlilər isə hələlik həyəcanlanmamaq lazım olduğunu, amma prosesin diqqətlə izlənilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.