Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gecə boyunca yuxu alsanız belə, gün ərzində davamlı güc çatışmazlığı hiss edirsizsə, ən adi işlər belə dözülməz yükə çevrilirsə, bu, tənbəllik deyil, yorğunluğun artması deməkdir.
Milli.Az xəbər verir ki, yorğunluğun müxtəlif səbəbləri var həyat tərzindən tutmuş ciddi xəstəliklərə qədər. Ekspertlər bildirir ki, bu halın nə üçün baş verdiyini müəyyən etmək və enerjini bərpa etmək üçün səbəblər aydınlaşdırılmalıdır.
Bəs yorğunluğun səbəbləri nədir?
Fizioloji yorğunluq həddindən artıq yüklənmə, yuxusuzluq, düzgün qidalanmamaq, son zamanlar baş vermiş xəstəlik və ya hamiləlik nəticəsində yaranır. Bu vəziyyət istirahət etdikdən sonra aradan qalxır. Xroniki yorğunluq isə yuxu və istirahət zamanı keçmir, gizli xəstəliklərin olması ehtimalını artırır. Psixoloji yorğunluq isə əsəbilik, narahatlıq və işdə çətinliklər şəklində özünü göstərir.
Mütəxəssislər yorğunluğu mülayim, orta, ağır və kritik dərəcələrə ayırır. Mülayim yorğunluq gündəlik işlərin bir az daha çox səy tələb etməsi ilə xarakterizə olunur. Orta dərəcədə iş və ünsiyyət çətinləşir, səhvlərin sayı artır. Ağır yorğunluqda bütün enerji əsas işlərə sərf olunur, kritik yorğunluqda isə istirahətdən sonra da keçmir və təhlükəli səhvlərə səbəb ola bilər. Daimi enerji çatışmazlığı, gün ərzində yuxululuq, konsentrasiya və yaddaş problemləri, tam apatiya və marağın itməsi yorğunluğun əsas əlamətləridir. Anemiya, yuxu pozğunluqları, hipotiroidizm, şəkərli diabet, depressiya və düzgün qidalanmamaq yorğunluğun ən çox rast gəlinən səbəbləridir. Xüsusilə anemiyada dəmir və B12 çatışmazlığı, qan itkisi və bəzi xroniki xəstəliklər rol oynayır. Həkimlər səhər yeməyini atlamamağı, sağlam yağlar və zülal qəbul etməyi tövsiyə edir.
İlk növbədə terapevtə müraciət edilməli, qan analizi və digər müayinələr aparılmalıdır. Müvafiq müalicə anemiya, hipotiroidizm, şəkərli diabet, yuxu problemləri və depressiyaya qarşı təyin olunur. Həmçinin, düzgün qidalanma və həyat tərzinin dəyişdirilməsi vacibdir.
Bəs bunun qarşısını necə alaq?
Mütəmadi fiziki fəaliyyət, düzgün yuxu rejimi, balanslı qidalanma, kifayət qədər su içmək, istirahət və stressin idarə olunması yorğunluğun qarşısını almağa kömək edir. Zərərli vərdişlərdən imtina etmək də vacib sayılır.
Mütəxəssislər bildirir ki, yorğunluq bədənimizin ciddi xəbərdarlığıdır və ona laqeyd yanaşmaq olmaz. Əgər istirahət fayda vermirsə, səbəbin həkim tərəfindən araşdırılması vacibdir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Motosiklet qəzasında ölən Elşənin fotosu - Yenilənib





