Dünya

NATO Baş katibi: Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir

2 İyul 2025 23:01
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun baş katibi Mark Rutte, ABŞ televiziyasında - Fox News kanalında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovu hədəfə alaraq onun dediklərini ələ salıb və tənqid edib.

Rutte çıxışı zamanı bildirib:

"Lavrov... Yəni, Rusiya xarici işlər naziri... Elə bil İsa Məsihin doğulduğu vaxtdan bəri bu vəzifədədir? Və o vaxtdan bəri onun ağzından heç bir faydalı fikir çıxmayıb."
"Ona görə gəlin, cənab Lavrova çox da diqqət yetirməyək."

Mark Ruttenin bu sözləri, Lavrovun NATO-nun yeni müdafiə xərcləri hədəfi ilə bağlı söylədiyi tənqidi fikirlərə cavab olaraq səsləndirilib.

Xatırladaq ki, Lavrov bildirmişdi:

"NATO ölkələrinin ÜDM-nin 5%-ni müdafiəyə ayırmaq qərarı alyansı daxildən dağıda bilər."

Lavrovun bu sözləri isə Polşanın xarici işlər naziri Radoslaw Sikorskinin Moskvaya yönəlik tənqidlərinə cavab idi. Sikorski demişdi ki, Rusiyanın həddindən artıq hərbi xərcləri sonda Vladimir Putini çökdürə bilər.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə:

2024-cü ildə Rusiya ÜDM-nin 7.1%-ni - 149 milyard dolları - hərbi xərclərə ayırıb.

Putin özü də son tədbirlərdən birində bu xərclərin Rusiya iqtisadiyyatı üçün təhdid yaratdığını etiraf edib.

Rutte həmçinin Fox News-da çıxışı zamanı NATO ölkələrinin müdafiə xərclərini ABŞ səviyyəsinə çatdırmaq qərarını uğur adlandırıb:

"Bu məsələ keçmiş ABŞ prezidenti Dvayt Ayzenhauerin dövründən bəri gündəmdədir. İndi nəhayət bu istiqamətdə real addım atıldı."

Sergey Lavrov 2004-cü ildən bəri Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edir.

Mark Rutte isə 2024-cü ildə NATO-nun yeni baş katibi olaraq təyin olunub.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.