İqtisadiyyat

Belçikada “Kinder” şokoladlarının istehsalı dayandırılıb

9 Aprel 2022 08:08
1 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikanın Qida Təhlükəsizliyi Agentliyi (AFSCA) İtaliyanın "Ferrero" şirkətinin "Kinder" şokoladları istehsal edən zavodunun fəaliyyətini dayandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Agentlik bunu istehsalçı şirkətin qidada aşkar edilmiş Salmonella bakteriyalarına dair ətraflı izahat verməməsi ilə izah edib.

Bu səbəbdən Arlon şəhərindəki zavodda istehsal dayandrılıb, "Kinder" markalı məhsullar satışdan yığışdırılıb.

Qeyd edək ki, "Kinder" şokoladı ilə salmonellaya yoluxma barədə 61 frak Britaniyada, 21 hal Fransada, 15 hal Belçikada qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.