İqtisadiyyat

Dollar bu tarixdən bahalaşacaq: FED faizi artırır

16 Mart 2022 17:54
2 Şərh     Baxış: 12 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Federal Ehtiyatlar Sistemi 3 ildən sonra ilk dəfə faiz dərəcələrini 0,25 faiz artıracaq.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb. Bildirilir ki, Mərkəzi Bankın iclası bu gün yerli vaxtla saat 16:00-da baş tutacaq. Ekspertlər hesab edir ki, faiz dərəcəsinin artırılması dünya birjalarına təsir edəcək və dolların dünya miqyasında yerli valyutalar qarşısında bahalaşması gözlənilir.

Qeyd edək ki, FES rəhbəri Cerum Pauell hələ bir müddət əvvəlki açıqlamasında mart ayından başlayaraq faiz dərəcəsini mərhələli şəkildə artırılacağını bəyan etmişdi. O bildirmişdi ki, ölkdə inflyasiya dərəcəsi düşməsə daha aqressiv qərarlar qəbul ediləcək.

ABŞ-da inflyasiya dərəcəsi son 40 ilin ən yüksək həddinə - 7,9 faizə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.