ABŞ-ın "Mondelez International" i "Mars" korporasiyaları Rusiya iqtisadiyyatına kapital qoyuluşunu, habelə Rusiyada reklam fəaliyyətini dayandırır.
Milli.Az bildirir ki, şirkətlərin baş direktorlarının yaydıqları məktublarda belə deyilir.
"Mondelez International" 20 ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərir, 3 zavoda malikdir.
Oreo, Alpen Gold, Cadbury, Milka, Toblerone, Barny, Halls və s. brendlər bu şirkətə məxsusdur.
"Mars" isə 1991-ci ildən bəri Rusiya iqtisadiyyatına 2 milyard dollardan artıq sərmayə yatırıb.
Şirkət M&M's, Snickers, Orbit, Twix, Dolmio, Whiskas, Royal Canin, Sheba və s. brendlərinin sahibidir.
Milli.Az