"Brent" markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçib.
Milli.Az "Report"a istinadən bildirir ki, Bakı vaxtı ilə saat 17:55-ə olan məlumata görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 5,69% artaraq bir barel üçün 130,22 dollar olub. WTI markalı aprel fyuçersləri 5,2% artaraq 125,61 dollara çatıb.
Milli.Az