İqtisadiyyat

“Ticarətdə rublun istifadəsi mümkün ola bilər” - Ərdoğan

8 Mart 2022 07:47
0 Şərh     Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı iki ölkə arasında ticarətdə rus rublundan istifadənin mümkünlüyünü açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

"Prezident Ərdoğanla Putin arasında dünənki danışıqların təfərrüatları üzə çıxıb. Prezident Ərdoğan bildirib ki, Türkiyə və Rusiya ticarətdə dollar, avro, rubl, qızıl və yuandan istifadə edə bilər və Rusiya lideri də öz növbəsində, Azov dənizində yerləşən günəbaxan yağı və buğda ilə yüklənmiş 30 gəminin göndərilməsi barədə göstəriş verəcək", - kanalın məlumatında deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.