bp şirkəti Rusiyanın "Rosneft" şirkətinin səhmdarlarından çıxır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə direktorlar şurası qərar verib.
Qeyd edilib ki, bp 2013-cü ildən Rosneft-də 19,75 faiz paya sahibdir.
Bundan başqa, bp-nin baş direktoru Bernard Luni "Rosneft"in direktorlar şurasını tərk edir. bp tərəfindən təyin edilmiş digər "Rosneft"in direktoru, bp qrupunun keçmiş baş icraçı direktoru Bob Dadli də idarə heyətini tərk edir.
Milli.Az