Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Milli.Az APA-ya istinadən bildirir ki, dekabrın 27-də yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,92% artaraq 4,14 ABŞ dolları təşkil edib.
Milli.Az