Azərbaycanda növbəti devalvasiya? - Dollarla depozitlərin azalmasına ekspertdən cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bankın məlumatına görə, Azərbaycan banklarına yerləşdirilmiş depozitlərin 50,99%-i xarici valyutada olub.
Xüsusilə də, dollarla depozitlərin həcmində ötən illərlə müqayisədə ciddi azalma müşahidə olunur.
Belə ki, cəmi depozitlərin bu ilki göstəricilərdən daha aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,89%).
Bəs, dollarla depozit qoyuluşunun bu qədər azalmasına səbəb nədir?
Milli.Az xəbər verir ki, sualı bizim.media üçün cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dollara depozit qoyuluşunun azalmasının səbəblərindən danışıb:
"Dollarla depozitin azalmasının əsas səbəbi, sözügedən valyuta ilə bağlı banklarda faiz dərəcələrinin xeyli aşağı olmasıdır. Bəzi bankalarda bu rəqəm 1%-dən belə aşağıdır. Bu isə əmanətçilərin maraqlarına uyğun deyil. Belə olan halda isə, dollarla depozit qoyuluşu xeyli azalıb".
Ekspertin sözlərinə görə, dollarla depozit qoyuluşunun azalması uzunmüddətli prosesin nəticəsidir:
"Banklar dollarla kredit verə bilmədiyinə görə, bu valyuta ilə vəsaitlərin cəlb olunmasında da maraqlı deyillər. Çünki banklar əmanətçilərdən dollarla vəsaitləri cəlb etsə belə, bundan istifadə edə bilmirlər. Əvvəllər dollarla vətəndaşlara və sahibkarlara kredit vermək mümkün idi. Lakin indi qanunvericiliyə görə, vətəndaşlara dollarla kredit vermək olmaz. Sahibkarlar isə devalvasiya riskini nəzərə alaraq dollarla kredit götürməkdən imtina edirlər".
Əkrəm Həsənov dollarla olan depozitlərin azalmasının devalvasiya ilə heç bir əlaqəsinin olmadığını da qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
XƏBƏR LENTİ
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





