Ramil Qasımov: Fəxr edirəm ki, Dövlət Akademik Opera və Balet teatrının solistiyəm - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcək. Opera tamaşasında teatrın aparıcı solistləri Xalq artisti Əkrəm Poladov (Əli), Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), Ilahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsənxan), Əliəhməd Ibrahimov (Təlxək) və başqaları iştirak edəcəklər.
"Koroğlu" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
"Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı Azərbaycanımızın zəngin mədəniyyət və incəsənətində tarixi köklərə malikdir. Teatırımızın tarixi ənənələrinə nəzər yetirsək bir çox görkəmli klassik ifaçıların burada çalışdığını görərik. Bu gün məndə fəxr edirəm ki, teatrımızın zaman keçdikcə zənginləşən repertuarına daxil olan "Vaqif" operasında Vaqif, "Koroğlu" operasında Koroğlu, "Arşın mal alan" operasında Əsgəri, "O olmasın, bu olsun" operasında Sərvər və 15 yanvar 2022 -ci ildə keçiriləcək "Traviata" operasında Alfredo obrazlarını canlandırıram.
İctimai fəaliyyətim ilə yanaşı yaradıcılıq fəaliyyətimi də günü-gündən genişləndirir və üzərimdə çalışaraq inkişaf etdirirəm. Hər zaman səhnəyə çıxanda tamaşaçıların etimadını doğrultmaq ən böyük məsuliyyətdir. Böyük rəğbət duyduğum teatırımızın geniş və peşakar yaradıcı kollektivi, dirijorları ilə bir səhnəni bölüşmək mənə qürur və fəxr yaşadır, bir sözlə böyük zövq verir. Teatr öz Akademik səviyyəsi ilə daim seçilir.
Həmçinin fəxrlə qeyd etmək istəyirəm ki, zamanında dahi Bülbülün, Lütfiyar İmanovon çıxış etdikləri, "Koroğlu" operasından Koroğlu obrazını 27 noyabr tarixində teatrımızın səhnəsindən tamaşaçılarımıza yenidən təqdim edəcəm. Bir daha fürsətdən istifadə edib, kollektivimizin hər bir üzvünə tamaşalarda uğurlar arzu edirəm", - Əməkdar artist Ramil Qasımov söyləyib.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
XƏBƏR LENTİ
-
Şəmkirdə körpə xəstəxanaya aparılarkən yolda öldü
-
Azərbaycanda qarpız ucuzlaşdı: Bazarlarda son qiymətlər
-
Su hövzələrində qanunsuz balıq tutanlar yaxalandı - Sentyabradək qadağandır
-
Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir
-
Kristian Bujeau vəfat etdi - FOTO
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək
-
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir
-
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
-
Nizami rayonunda sexdə yanğın oldu - VİDEO
-
Akopyan ABŞ-də Ermənistanı birinci xanım qismində təmsil edəcək
-
SpaceX-in 2 trilyon dollarlıq dəyəri: Kosmos nəhəngi real biznesdir, yoxsa köpük?
-
Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir
-
İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Azərbaycanda "Piyadalar, diqqətli olun!" həftəliyi başladı
-
Yasamal və Nəsimi rayonlarında qaz kəsiləcək
-
Neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 9 küçəsində tıxac var
-
93 yaşlı Coan Kollinsin cavanlıq sirri - FOTO
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?





