Cəmiyyət

Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir

16 İyun 2026 10:50
Baxış: 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, bir sıra rayonlarda güclü yağışlar qeydə alınıb.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 09:00-a olan məlumatına əsasən, Azərbaycanın əksər bölgələrində yağışlı hava davam edir, bəzi ərazilərdə isə şimşək çaxır. Ayrı-ayrı rayonlarda yağıntılar intensiv xarakter alıb.

Ən çox yağıntı Qusarda (30 mm) və Şabranda (28 mm) qeydə alınıb. Kişçayda (Şəki) 22 mm, Oğuzda 15 mm, Quba və Sarıbaşda (Qax) 14 mm, Xızı və Gədəbəydə 10 mm yağıntı düşüb.

Bundan başqa, Şamaxıda 7 mm, Qobustanda 6 mm, Göyçay, Lerik, Xaltan və Şahbuzda 5 mm, Qəbələdə 4 mm, Astara və Zaqatalada 3 mm, Şahdağda isə 2 mm yağıntı qeydə alınıb.

Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə yağıntının miqdarı 1 millimetr olub.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.