Cəmiyyət

Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

16 İyun 2026 10:24
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu yay "Mardi Mekan Estate"də Mərdəkanın ilk sahil xəttində "PASHA Real Estate"ə məxsus premium qapalı yaşayış kompleksində ev sahibi olmaq fürsəti yaradılır.

İndi dəniz kənarında mənzil sahibi olmaq hər zamankindən daha sadədir.

Yay kampaniyası çərçivəsində alıcılar sadəcə 20% ilkin ödənişlə Xəzər sahilində mənzil əldə edəcək.

Eyni zamanda ilkin ödənişin ardınca təklif edilən 12 aylıq güzəşt müddəti ərzində daxili kredit üzrə heç bir ödəniş tələb olunmur. Bu da yeni mənzilinizin təmiri və abadlaşdırılması üçün daha çox resurs ayırmağa imkan verir. Qalan məbləği güzəşt müddətindən sonra 48 ay ərzində, faizsiz ödənişlə tamamlamaq mümkündür.

"Mardi Mekan Estate" şəhər mərkəzinə cəmi 20 dəqiqə məsafədə kiçik kottec şəhərciyi qədər sakit bir mühit, ilboyu dənizkənarı yaşam və premium səviyyəli müasir infrastruktur təqdim edir.

Yay kampaniyasının xüsusi şərtləri:

- 20% ilkin ödəniş

- Təmirə 2026-cı ildə başlamaq imkanı

- 12 aylıq güzəşt müddəti

- 60 ayadək faizsiz ödəniş 

Hər bir mənzil dəniz sahilinin xüsusiyyətləri nəzərə alınaraq layihələndirilib, müasir memarlıq standartları və komfortlu həyatın tələblərinə cavab verir.

"Mardi Mekan Estate"in üstünlükləri:

- İlk sahil xəttində yerləşmə və dənizə birbaşa çıxış

- Xəzər dənizinə panoramik mənzərələr

- Ailəvi vaxt keçirmək və istirahət üçün məkanlar

- İlboyu aktiv idman meydançaları, fitnes və hovuzlar

- Sakinlərə özəl kafe və restoran

- Qapalı kompleks ərazisində fasiləsiz mühafizə sistemi

- Təhsil, səhiyyə, ticarət və əyləncə mərkəzlərinə yaxınlıq

"Mardi Mekan Estate"i seçmək  dəniz kənarında ilboyu yaşamdan həzz almaq, inkişaf etmiş infrastruktur və "PASHA Real Estate"in yüksək səviyyəli xidmətlərindən yararlanmaq, eyni zamanda Abşeron yarımadasının ən diqqətçəkən  və perspektivli nöqtələrindən birinə yatırım etmək deməkdir.

Yay kampaniyası çərçivəsində təklif olunan mənzillərin sayı məhduddur.

"PASHA Real Estate Group" haqqında:

"PASHA Holding"in tərkibinə daxil olan "PASHA Real Estate Group" daşınmaz əmlakın investisiyası, inkişafı, satışı, icarəsi, strateji idarə olunması və istismarı sahəsində fəaliyyət göstərir. Qrupun fəaliyyəti Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro və Amerika Birləşmiş Ştatlarını əhatə edir.

Qrupun diversifikasiya olunmuş portfelinə lüks otellər, beynəlxalq səviyyəli kurortlar, ticarət mərkəzləri, premium yaşayış layihələri və çoxfunksiyalı komplekslər daxildir.

Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini rəhbər tutan "PASHA Real Estate Group" daşınmaz əmlak sektorunda yeni standartlar formalaşdırmağa və aktivlərinin dəyərini qlobal miqyasda artırmağa davam edir.

Ətraflı məlumat almaq və ya fərdi tur sifariş etmək üçün satış komandası ilə əlaqə saxlayın.

 *2024 | +994 51 201 3232

[email protected]

www.mardimekan.az.

 









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.