Aktrisa Ülviyyə Əliyeva ən böyük tamaşaçı kütləsini televiziya məkanına Keyxanım ləqəbi ilə daxil olandan sonra tapdı.
Obraz əvvəllər evdə qalan key xasiyyətli bir qızdan bəhs edirdisə, sonralar ekran onun keyliyini su kimi yuyub apardı, indi o, diribaş, sözünü yerində deməyi bacaran bir xanımdır. Həyatda isə onu xoşxasiyyət, səmimiyyətini hamı ilə paylaşan biri kimi tanıyırıq. Son vaxtlar sözügedən obrazdan başqa, onu seriallarda, "Planeta Parni iz Baku" KVN Teatrının telelayihələrində də izləyirik. Eyni zamanda əyləncəli verilişin aparıcısıdır. Musiqili Komediya Teatrında isə uzun illərdir çalışır. Rejissorlar ona bir neçə dəfə özünə yar axtaran bir ev xanımı obrazını yaraşdırıblar. Elə çəkildiyi "Aramızda qalsın" serialında da motiv eyni idi. Amma ssenariyə görə, ona vurulan biri ilə evlənməklə serialdakı işini dayandırır.
Şəxsi həyatında bir dəfə uğursuz evlilik yaşayan aktrisa ilə söhbətimizdə bəlli oldu ki, taleyi ilə obrazı arasında bəzi oxşarlıq var. Yəni ömrünü bütünlüklə sənətə həsr etmək niyyəti yoxdur. İkinci evliliyi düşünür. Milli.Az-a danışır ki, onun da ömür yarına ehtiyacı var.
"Hər bir qadın kimi, ailə xanımı olmaq mənim də arzumdur. İlk ailə həyatım uğursuz oldu. Amma ikinci dəfə qərar verdiyim təqdirdə, bu səhvi təkrarlamamağa çalışacam", - deyən aktrisadan öyrənirik ki, əslində, ona bəy olmaq istəyən namizədlər çoxdur. Amma onlar aktrisanın prinsiplərinə uyğun deyillər:
"Söhbət var-dövlətdən getmir. Mən kişi xasiyyətli bir bəylə ailə həyatı qurmağa qərar verə bilərəm. Deyirlər ki, aktyor həm də psixoloqdur. Hər bir obrazı oynaya bilirik. Bu nöqteyi-nəzərdən biz insanları yaxşı tanıya bilirik. Mənə evlilik məqsədi ilə yanaşanların xasiyyətini, niyyətini anlaya bilirəm. Onlar mənim ailə başçısı kimi görmək istədiklərim deyillər. Hər bir xanım istəyir ki, ömür yoldaşı kişi xasiyyətinə malik biri olsun. Elə insanlar var ki, 40 yaşındadırlar, lakin kimdənsə asılı vəziyyətdə yaşayırlar. Mən belələrinə şəxsi həyatımı aça bilmərəm. Ona görə də hələlik namizədlərin heç biri "hə" deyəcəyim insanlar deyil".
Zəminə
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktrisa ikinci evliliyi düşünür - FOTOSESSİYA
22 Fevral 2012 10:56
0 Şərh
Baxış: 7 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Mərhum Əməkdar artistin oğlu: Onun yoxluğu ilə barışa bilmirəm
-
Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutdu - FOTO
-
Dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov ilk dəfə Azərbaycanda "Aida" operasında çıxış edəcək - VİDEO
-
Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib - FOTO
-
“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu - FOTO
XƏBƏR LENTİ
-
Çox adam arıqlamaq üçün belə edir, amma kökəldir
-
ABŞ-də təyyarə qəzası: Ölənlər var - FOTO
-
Tərk edilmiş lüks avtomobil salonu TAPILDI: nadir modellər heyrət doğurdu - FOTOlar
-
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
-
“Sabah” “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib
-
Vardanyanın ömürlük azadlıqdan məhrum olunması təklif edilib - FOTO
-
Vilayət Eyvazov bu vəzifəyə seçildi
-
Səidə efirlərə çıxmamağının səbəbini açıqladı
-
Sabah Bakının 3 rayonunda qaz kəsiləcək
-
Vəli Vəliyev vəfat etdi
-
“Qarabağ”da ciddi itki
-
Hotel güzgülərindən sizə baxırlar? - Belə yoxlamaq olar - VİDEO
-
Rəqsanə həyat yoldaşının VİDEOsunu paylaşdı
-
Bu kollecə qəbulda imtahan fənlərinin sayı azaldıldı
-
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO
-
Bağırsaq xərçənginə qalib gələn 25 yaşlı qız 3 vacib əlaməti açıqladı - FOTO
-
Türkiyədə saxlanılan Aleyna Tilki və digər məşhurlar sərbəst buraxıldı - YENİLƏNİB - FOTO
-
Bu şəhər “Bitcoin”lə qurulur
-
Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev
-
Eçmiədzində toqquşmalar başlayıb, saxlanılanlar var
-
Mühərrikin ömrünü səssizcə "yeyən" maddə - Litri 5 manatdan başlayır
-
“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”
-
Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir - Rus bölmələrində dil problemi - VİDEO
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur












