Mədəniyyət

"Bir il qırmızı geyinməyəcəm"- Xalq artisti

17 May 2021 15:28
Baxış: 2 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şuşanın yarısı tam gözəldir. Amma Daşaltıdan vurulan yerlər xarabalıqdır. Evlərdə təmir işləri gedir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Zaurla Günaydın" proqramında deyib. Aktrisa "Xarıbülbül" festivalı çərçivəsində Şuşaya getməsindən danışıb. Mütəllimova təsüratlarını və sevincini bölüşüb:

"Evimi uzaqdan gördüm. And içmişdim. İçəri heç əsgər daxil ola bilmir. Evimizin içindən ağaclar bitib, orada yaşayış olmayıb. Kinoteatr da yoxdur. Deyirdim ki, Şuşaya getsəm, mədəniyyət evinin qabağında ayaqyalın rəqs edəcəm. Mədəniyyət evi yox idi. Həm də rəqs etmək həvəsim olmadı. Şəhridlərin ili çıxana qədər qırmızı dodaq və dırnaq boyası çəkməyəcəm, qırmızı geyim geyinməyəcəm. Çəkilişlərə də demişəm ki, gətirməyin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.