Teatrımız soyqırımı belə andı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan "Unutmayaq!" layihəsində iştirak ediblər. Layihənin ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Milli.Az teatrın mətbuat xidmətinə istindən xəbər verir ki, məqsəd 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ölkəmizin digər ərazilərilərində soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri bir daha və dönə-dönə diqqətə çatdırmaqdır.
Samir Qulamovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Sündü" filmi Mart soyqrımı ilə bağlı qısametrajlı bədii filmdir. Qobustan rayonununda çəkilən bu filmin baş prodüseri Ülvi Cəfərov, bəstəkarı Ali Aliyev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Mətnin erməni dilindən tərcüməsi İsrafil Xudaverdiyevə məxsusdur.
"Filmdə söhbət konkret bir kənddə baş verən faciədən getsə də, ümumilikdə o dövrdə ölkəmizin başına gətirilən müsibətlər göstərilir. Onu da vurğulayım ki, Sündü Azərbaycanda yeganə kənddir ki, orada 32 qəbirstanlıq var... 70 il ərzində Sovet hakimiyyəti xalqımızın qan yaddaşını silməyə çalışsa da, soyqırımla bağlı mövzuları dilə gətirməyi yasaq etsə də, buna nail ola bilmədi. 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərman əsasında bu dəhşətli hadisələrə siyasi-hüquqi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi..." - deyə S.Qulamov film haqda geniş açıqlamasında bildirib.
Ər-Toğrul Kamalovun "Qətliam" videoçarxındakı kadrlar da mənfur düşmənlərimizin iç üzlərini açır, onların barbarlığı real faktlar əsasında vurğulanır. Bu videçarxın da baş prodüseri Ülvi Cəfərov, montajçısı Kənan Muxtarov, operatoru Şahmar Səfəroğludur, rollarda Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Zaur Əliyev, Rahib Məmmədzadə, Aydan Həsənova çəkilmişlər.
Anar Babalının "31 Mart - Qanlı tarix" videoçarxında müasir gənclərin gözü ilə faciənin tarixi kökləri araşdırılır. Teatrın gənc aktyoru Hidayət Əliyevin çəkildiyi videoçarxın mətnini Elçin Hacıyev səsləndirib. Operator Əfqan Ələsovdur.
"Böyük qələbəmizdən sonra teatrın gördüyü bütün bu uğurlu işlər yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan genişmiqyaslı layihələrin bir parçasıdır", - deyə layihənin rəhbəri Əliqismət Lalayev bizimlə söhbətində bildirib: "Təki pandemiya deyilən bu bəla üstümüzdən götürülsün. Normal iş şəraitimizə qayıdaq. Tamaşaçılarımıza deyəcək sözlərimiz çoxdur. İnanırıq ki, o günə çox qalmayıb. Pərdələrimizin açılacağı günlər lap yaxınlıqdadır."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər





