“Səxavətin məzarını görəndə bir müddət donub lal oldum” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdam zəfərini daddığımız bu günlərdə Səxavət Məmmədovun sənətkar qardaşı, xanəndə Firuz Səxavət Abdal-Gülablı kəndinə yollanaraq qardaşının məzarını ziyarət edib.
Milli.Az bildirir ki, xanəndə təəssüratlarını "525.az"ın əməkdaşı ilə bölüşüb:
"Bizim şanlı ordumuzun qüdrəti, şücaəti sayəsində bütün Qarabağ, o cümlədən, bizim rayonumuz, kəndimiz də işğaldan azad edildi. Dərhal kəndimizə yollandım ki, gedim oraları görüm, 30 ilin həsrəti sona yetsin. Hələ də elə bilirəm ki, yuxudayam. Gedib o yerləri görəndə həm sevindim, həm də çox məyus oldum. İstər Ağdam, istərsə də Abdal-Gülablı çox bərbad haldadır. Bunu yəqin ki, siz də kadrlarda görmüsünüz. Rayonda rayonluq, kənddə kəndlik qalmayıb, bir dənə daş daş üstə deyil. Hamısını ermənilər söküb dağıdıblar".
Muğam ustası vurğulayıb ki, ilk olaraq qəbiristanlığı ziyarət edib, Səxavət Məmmədovun qəbrini tapıb:
"Şükürlər olsun ki, qəbirlər yerindədir. Səxavətin məzarını görəndə sanki bir müddət donub lal oldum. Gözlərimdən yaş tökülsə də, özümü sıxıb saxlamağa çalışdım. O vaxt Səxavətin məzarının üstü götürülməmişdi. Qəbirdaşı da hazır idi. Lakin atışma davam etdiyinə görə aparıb qoya bilmirdik. Gözləyirdik ki, atəşkəs olsun sonra başdaşın qoyaq. Elə oldu ki, kəndimiz işğal olundu və istəyimiz yarıda qaldı. Həmin daşı 20 ilə yaxın Bakıda, öz qarajında saxladıq. O vaxtı atam-anam sağ idi, hər dəfə görəndə yaraları təzələnirdi. Axrı qərara gəldik ki, daşın üstündən şəkli sildirək. Dedik ki, qismət olsa, Ağdama qayıdanda yenidən o daşı düzəltdirərik. Allahın köməyi ilə yeni başdaşı hazırladacağıq. Allah Ali Baş Komandanımızın canın sağ eləsin ki, yuxularımızı gerçəkləşdirdi. Ordumuzun qüdrəti, Cənab Prezidentimizin qətiyyəti, xalqımızın birləşməyi sayəsində 44 gün içində torpaqlarımız azad edildi. Çox qürurverici andır, çox sevinirik. Bu günlərə çox şükür!"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





