Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görkəmli aktyor İsmayıl Dağıstanlının anadan olmasından 105 il ötür
6 Yanvar 2012 20:49
0 Şərh
Baxış: 1 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan teatr səhnəsinin ən parlaq simalarından biri, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlının anadan olmasından 105 il ötür.
İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev) 1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində dünyaya göz açmışdır. Erkən yaşlarından teatr sənəti ilə maraqlanan İ.Dağıstanlı 1930-cu ildə Teatr Texnikumunu bitirdikdən sonra öz həyatını həmişəlik Azərbaycan Akademik Dram Teatrı (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) ilə bağlayıb.
Uzun illər mənalı səhnə həyatı yaşamış aktyor Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlər göstərib. İsmayıl Dağıstanlı realizm məktəbi keçib, parlaq və özünəməxsus istedada malik bir aktyor kimi məşhur dramaturqların və klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalarda unudulmaz obrazlar silsiləsi yaradıb. Onun səhnə yaradıcılığı həmişə yüksək vətəndaşlıq pafosu ilə seçilib.
Görkəmli aktyor S.Kirov (Ə.Məmmədxanlı "Şərqin səhəri" və C.Məcnunbəyov "İliç buxtası"), N.Nərimanov (M.İbrahimov "Közərən ocaqlar") rollarını böyük ilhamla və sənətkarlıqla ifa edib. V.Şekspirin "Otello", A.Ostrovskinin "Tufan", A.Çexovun "Vanya dayı", C.Cabbarlının "1905-ci ildə", "Od gəlini", S.Vurğunun "Vaqif" və "Xanlar", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" və digər tamaşalarda ifa etdiyi baş rollar İsmayıl Dağıstanlıya sonsuz tamaşaçı məhəbbəti qazandırıb.
Dövrünün geniş diapazonlu aktyoru kimi ad-san qazanmış İ.Dağıstanlı teatrda işləməklə yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan bir çox filmlərdə də yaddaqalan obrazlar yaradıb. Kərəmoğlu ("Böyük dayaq"), Vəzir ("Koroğlu"), Zahidov ("Kölgələr sürünür"), Aslanov ("Qara daşlar"), Fətəli Xan Xoyski ("Qatır Məmməd"), Mirzə Fətəli Axundov ("Səbuhi"), İsrafil Məmmədov ("Sovet pəhləvanı"), Dəmirov ("Sualtı qayıq "T-9") obrazları İ.Dağıstanlının yüksək istedadını, istər baş, istərsə də epizodik rola eyni məsuliyyətlə yanaşdığını bir daha təsdiq edir.
Azərbaycan teatr sənətinin inkişafı naminə bilik və bacarığını əsirgəməyən İsmayıl Dağıstanlı, eyni zamanda M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) səhnə nitqi kafedrasının təcrübəli müəllimi kimi aktyor kadrlarının hazırlanması işinə də çox kömək edib.
İsmayıl Dağıstanlının teatr sənətinin inkişafı sahəsində xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri, medallarla təltif olunmuş, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı fəxri adlarına layiq görülüb.
Görkəmli aktyor 1980-ci il aprelin 1-də ömrünün 74-cü baharında Bakı şəhərində vəfat edib.
AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
XƏBƏR LENTİ
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
"Barselona" Yamala şərt qoydu
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Millimiz dünya çempionatının yarımfinalında məğlub olub
-
İran millisindən yekun qərar - ABŞ-də qalmaq olmayacaq
-
İrəvanda saxlanılanların sayı artdı
-
Süni intellekt 1,3 milyard insan susuz qoya bilər
-
Ermənistan prezidenti səs verdi
-
Ən pis 2 yapon markası AVTOMOBİL
-
DÇ-2026-da ehtiyat oyunçularla bağlı qeyri-adi qərar
-
"Elə bil bunların atalarınındır"