Mədəniyyət

“Beşbarmaq dağı” ölkə əhəmiyyətli abidələr siyahısına daxil edildi

1 Sentyabr 2020 18:34
Baxış: 2 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib.

Bu dəyişikliyə əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"nın "Arxeoloji abidələr" bölməsinə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" əlavə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.