Mədəniyyət

"Ermənilərin Azərbaycana qarşı alçaq siyasəti, məkirli planları xalqı qəzəbləndirir"

16 İyul 2020 12:44
Baxış: 5 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son hadisələr əhval-ruhiyyəmizi çox korladı. 

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, "Şöhrət" ordenli, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal deyib.

Xalq artisti aksiyanı döyüş meydanına çevirmək cəhdi edənlərlə bağlı bildirib ki, cəbhədə əsgərlərimiz erməni ilə döyüşür, burada da polisə, dövlətə qarşı təxribat törətməyə cəhd edirlər:

"Ermənilərin abırsız, alçaq siyasəti, Azərbaycana qarşı olan məkirli planları xalqın əsəblərini tarıma çəkir, xalqı qəzəbləndirir. Ancaq onunla bərabər Azərbaycan dövləti, Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu iş nəticəsində bunların hamısını dəf edir və dəf edəcək. Amma bu, o demək deyil ki, insanlar sakit durmalıdırlar. Siz gördünüz ki, bizim gənclərimiz necə yüksək səviyyədə öz vətənpərvərliklərini göstərdilər. Amma bununla bərabər onların vətənpərvərliyindən sui-istifadə edən qüvvələr də var ki, o qüvvələr, sözün əsl mənasında, Azərbaycan xalqına cəbhədə döyüşlər getdiyi bir dönəmdə, şəhidlər verdiyimiz bir dönəmdə, birlik-bərabərlik nümayiş etdirdiyimiz bir dönəmdə arxadan zərbə vururlar. Çıxmışdılar Qarabağ, müharibə şüarları səsləndirməyə, amma nə etdilər?! Polisə müqavimət göstərdilər, asayişi pozmağa çalışdılar, təxribata əl atdılar. Cəbhədə əsgərlərimiz erməni ilə döyüşür, burada da polisə, dövlətə qarşı təxribat törətməyə cəhd edirlər".

Professor qeyd edib ki, yaşından asılı olmayaraq, əgər Ali Baş Komandanın səfərbərlik, müharibə əmri olsa, ön xəttə də gedib gənclərə dəstək olmağa hazırdır:

"Cənab Prezidentin son zamanlar keçirdiyi müşavirələrdə bəzi məmurlara, nazirlərə dediyi sözlər, tutduğu iradlara da şərikik. Mən yaradıcı adam da olsam, yaşımdan asılı olmayaraq, əgər Ali Baş Komandanın səfərbərlik, müharibə əmri olsa, ön xəttə də gedib gənclərə dəstək olmağa, ruhlandırmağa hazıram. Mən bu dəqiqə Şamaxıdayam. Burada olan insanlar arasında mənə nə qədər müraciət edən var ki, "Biz nə edək? Necə kömək edək hərbçilərimizə?" Biz buradakı gəncləri sakitləşdiririk ki, "Darıxmayın, lazım olanda Ali Baş Komandan əmr verəcək. Biz də onun əmrinə tabe olub, ürəklə irəli gedəcəyik". Mən burada olduğum üçün bunu şamaxılılar adından da qeyd etmək istəyirəm ki, şamaxılılar həmişə vətənlərini seviblər, Şirvan camaatı həmişə dövlətin və cənab Prezidentin ətrafındadır".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.