Təsviri sənətin qüdrətini özündə əks etdirən mədəniyyət müəssisəsi - FOTOREPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan şəhərində yerləşən Bəhruz Kəngərli Muzeyi ötən əsrin əvvəllərində baş verən tarixi, ictimai-siyasi hadisələri təsviri sənətin qüdrəti ilə özündə əks etdirən əhəmiyyətli mədəniyyət ocaqlarındandır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılışında iştirak edib.
Muzeyin fondunda, ümumilikdə, 1300-ə yaxın eksponat var. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir.
Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur. Bunlardan 61-i orijinal rəsm əsəridir.
Teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli qeyd edib ki, ötən əsrin əvvəllərində azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən "Qaçqınlar" silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqın dəyərli sənət yaddaşıdır. Rəssamın bu mövzuda yaratdığı əsərlər baş verən ədalətsizliyə qarşı bir sənətkar - vətəndaş, ziyalı etirazıdır. Həmin əsərlərdəki insanlar həm də məğrurdurlar. Hüzn, kədər, iztirab bu portretlərin qəhrəmanlarının simasında mükəmməl şəkildə təsvir olunub. "Canfəda kəndindən qaçqın oğlan", "Yaycı kəndindən qaçqın oğlan Cümşün", "Avşar kəndindən qaçqın qız", "İki qaçqın qız", "Ağ ləçəkli qaçqın qız" əsərlərindəki kədər fərdi kədər deyil, ümumxalq kədəridir. Ekspozisiyadakı bu əsərləri seyr etdikcə bir daha düşünürsən: rəssamın peşəkarlığıdır ki, bu insanların daxili sarsıntılarını təsvir edə, onların simasına hopan təlatümlü daxili aləmlərini göstərə bilib. Rəssam "Ayaqyalın qadın", "Qaçqınlar", "Əyləşmiş qaçqın oğlan", "Qaçqın İmran çanta ilə", "Qaçqınlar arabada" əsərlərini yaratmaqla bir amala xidmət edib, bu da ondan ibarətdir ki, vətənpərvər rəssam kimi tarixi həqiqətləri gələcək nəsillərə çatdırsın, əsərlərini sübut olaraq tarixi sənəd kimi ortaya qoysun. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi dəyərlidir.
Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb. O, təkcə tanınmış rəssam kimi deyil, həm də maddi çətinliklərinə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına köməklik göstərən görkəmli şəxsiyyət kimi tarixdə yaşayır.
Muxtar respublikada Bəhruz Kəngərli irsi də hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb. Ali Məclis Sədrinin 2012-ci il 12 yanvar tarixli Sərəncamına əsasən rəssamın 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub. 2016-cı ilin may ayının 25-də isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, parkda görkəmli rəssamın abidəsi ucaldılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı





