Mədəniyyət

Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək

10 Fevral 2020 20:45
Baxış: 2 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək

Milli.Az xəbər verir ki, fevralın 13-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində folklor bilicisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək.

Dünyamalı Kərəmin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. 100 yaşlı yubilyarın  doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından , uzunömürlülüyün sirrindən agah olmaq istəyən bütün saz-söz həvəskarlarını BMM-in "Aşıq musiqi axşamları" layihəsində şairlə görüşə dəvət edirik. Gecədə həmçinin tanınmış ziyalılar Dünyamalı Kərəmin yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək tanınmış el aşıqlarının ifaları təqdim olunacaq.

Qeyd edək ki, BMM-nin "Aşıq musiqisi axşamları" layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Biletləri İticket.az saytından, Asan xidmət mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.