Mədəniyyət

Akademik Opera Və Balet teatrı Zəfərin 5 illiyinə həsr olunmuş təntənəli konsert təqdim etdi - VIDEO - FOTO

9 Noyabr 2025 18:00
Baxış: 294
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı baş tutdu.

Konsertdə teatrın Simfonik orkestri və xor kollektivi, baş dirijor - Əməkdar artist Əyyub Quliyev, xorun baş dirijoru - Əməkdar incəsənət xadimi Sevil Hacıyeva çıxış etdilər.

Səhnədə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, əməkdar artistlər İnara Babayeva, Fərid Əliyev, Təyyar Bayramov, həmçinin solistlər Mahir Tağızadə, Atəş Qarayev, Səma Həmzəyeva və Hidayət Əliyev ifaları ilə çıxış etdilər.

Zəfər ruhunu, milli qüruru və klassik musiqinin əzəmətini birləşdirən bu axşam tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.