Mədəniyyət

Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib

28 Yanvar 2020 09:06
0 Şərh     Baxış: 3 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor özü "5/5" verilişinin canlı efirinə telefon vasitəsilə qoşularaq məlumat verib.

Proqramda ad gününü qeyd edən aparıcı hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığını və təcili şəkildə xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.