Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk həftəsonu tamaşaların təqdim edir

9 Yanvar 2020 20:50
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ili  maraqlı və zəngin repertuarla başa vuran Sumqayıt Dövlət Dram Teatrı Yeni- 2020-ci ildə də  bir sıra maarifləndirici layihələr gerçəkləşdirəcəkdir.

Milli.Az xəbər verir ki, eyni zamanda ötən ildə  teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi olduğu, tamaşaçıların teatra cəlb edilməsi üçün həftəsonu tamaşalarının mütəmadi  nümayişi bu il də davam etdiriləcəkdir.

Hər zaman tamaşaçıların zövqünü oxşayan, mədəni istirahətini təmin edən Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk ayında klasik komediyalar, müasir dünya dramaturgiyasından nümunələr, eyni zamanda vətənpərvərlik ruhunda  əsərlərin nümayişini nəzərdə tutmuşdur.

Cari ilin ilk şənbə və bazar günlərində, teatrımız yanvarın 11 və 12-də M.F.Axundzadənin "Hacı Qara" komediyası və Amerika dramaturgiyasından Con Patrikin "Qarını öldürməliyik" əsərini saat 18:00-da  tamaşaçılara təqdim edəcəkdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.