Vətən həsrəti bitməyən Balaş Azəroğlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın görkəmli şairlərindən olan Xalq şairi Balaş Azəroğlu gözəl lirik şeirlərin, bənzərsiz poemaların müəllifidir. "Sinəm Savalan dağıdır", - deyən Balaş Azəroğlunun yaradıcılığında Cənub ağrısı, Vətən həsrəti daim oxuculara da sirayət edib, onları düşündürüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan poeziyasının inkişafında özünəməxsus rolu olan Balaş Azəroğlunun anadan olmasından 98 il ötür.
Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda doğulub. Orta təhsilini də burada alıb. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərib. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata böyük sevgini alovlandırıb.
Ölməz şeirləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə bütöv Azərbaycanın möhtəşəm heykəlini ucaldan sənətkar mənalı və şərəfli həyat yolu keçib. O, doğulduğu Bakını, böyüdüyü Ərdəbili sevib, erkən yaşlarından şeirə könül verib. Həyatı müxtəlif dolanbaclardan keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan şair mənini və imzasını tanıda bilib.
Şair yaradıcılığa hələ 16 yaşından başlayıb. "Dnepr" adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. Balaş Azəroğlunun yaradıcılığına nəzər yetirəndə onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan əsərlərini xüsusi qeyd etmək lazım gəlir. Şair ədəbiyyatımızın bu coğrafi məkanına yeniliklər gətirən, forma axtarışları və mövzuları ilə seçilən müəllif kimi yüksəkdə dayanır.
Balaş Azəroğlu gəncliyində özü kimi odlu-alovlu şair qızı sevib. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məqsədləri birdir. Bu qoşa sevgililərin ürəyi ancaq Vətən eşqi ilə döyünüb. Xalq şairləri Mədinə Gülgün və Balaş Azəroğlu uzun illər sənət yollarında birgə addımlayıb, ədəbiyyatda və ailədə bir ocağın istisinə qızınıb, isti sözləri ilə ürəklərdə tonqal qalamağı bacarıb, övladlar böyüdüb, kitablar yazıblar.
Şair Ərdəbildə, Təbrizdə, Bakıda rəhbər vəzifələrdə çalışarkən, həmişə doğma dilinə və xalqına sadiq olub.
Farscadan dilimizə çevirdiyi Nizaminin "Yeddi gözəl" poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Şairin müxtəlif illərdə "Şeirlər", "Savalan", "Mübarizə yollarında", "Gənclik dostlarım", "Mənim nəğmələrim", "Səhər şəfəqləri", "Sənətin qüdrəti", "Hafizin qəbri üstündə", "Elə oğul istəyir Vətən", "Dünənim, bu günüm, sabahım", "Gəl, ay bahar", "Sinəm Savalan dağıdır", "Bir kürsü istəyirəm" və digər kitabları ona oxucu rəğbəti qazandırıb.
2011-ci aprelin 24-də vəfat edən Balaş Azəroğlu Bakıda dəfn olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
İranda küçə və yollar su altında qaldı
-
Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
-
“Milan”da ciddi itki: Bu il oynamayacaq
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir - (Foto)
-
"Alim Qasımovun məclisində pulsuz oxudum, özü dedi ki, toyunda əvəzini çıxaram" - (Video)
-
Messi Argentina millisi ilə vidalaşdı: Göz yaşları "sel oldu" - (Foto-Video)
-
Neft yenidən bahalaşdı
-
Bitcoinin qiyməti kəskin düşdü
-
Qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alındı
-
Bu ərazilərdə işıq kəsiləcək
-
Valideynlərin 1-ci sinif dərs proqramından narazılığı: "Kitablar həddən artıq qəlizdir" - (Video)
-
Toyuq alanda iki dəfə düşünün
-
Ən güclü Android telefonlar
-
Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır





