Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.
Milli.Az xəbər verir ki, gecənin aparıcısı Əməkdar mədəniyyət işçisi , yazıçı-publisist Mustafa Çəmənli istedadlı xanəndənin həyat və yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Sara Qədimova öz adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə hüdudları xaricində də yaxşı tanınırdı. Diqqətə çatdırılıb ki, özünün muğam, xalq və bəstəkar mahnılarının unikal ifa tərzi ilə məşhur olan Sara Qədimova peşəkar karyerasına dahi Üzeyir Hacıbəylinin xeyir-duası ilə başlayıb. Vurğulanıb ki, Sara Qədimova "Şur dəsgahı", "Mahur-hindi", "Bayatı-şiraz", "Rast", "Segah", "Qatar", "Şahnaz" kimi mürəkkəb muğamları gözəl ifa edən xanəndələrdən biri idi. Həmin ifalar Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondunda saxlanılır.Gecə boyunca unudulmaz xanəndənin Dövlət televiziyasında qorunan lent yazılarından fraqmentlər nümayiş olunub, xanəndə ilə bağlı xatirələr səsləndirilib.
Xatirə gecəsində tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" ansamblının müşayiətində Əməkdar artist Ehtiram Hüseynov, Səbuhi İbayev, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifaları təqdim olunub.
Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat





