"Bu mənim Azərbaycanda ilk klipimdir" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üç il əvvəl Hadera şəhərindən (İsrail) Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan "Bir söz var" adlı ilk klipini çəkib.
Milli.az-in məlumatına görə, klipin rejissoru Nail Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.
Hava Dolev bildirib: "Bu mənim Azərbaycanda ilk klipimdir və mən çox həyəcanlıyam, çünki istəyirəm ki, bu işimi bütün azərbaycanlılar bəyənsin. Hər şey böyük sevgi, böyük gözlənti və böyük həyəcanla görülüb. Layihənin həyata keçirilməsinə görə yaradıcı kollektivə təşəkkür edirəm".
Qeyd edək ki, H.Dolev Dərbənddə, Avdalimovlar - musiqiçi ailəsində anadan olub. Müğənninin babası Abram Avdalimov Dağıstanın xalq artisti olub, atası Şamay (Papik) Avdalimov və əmisi Binyamin Avdalimov tanınmış qarmon ifaçılarıdır. Hava 17 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. O, orada 20 il ərzində uğurlu ifaçı kimi fəaliyyət göstərib. Havanı İsralin "Qızıl səsi" adlandırıblar. İvrit, rus, Azərbaycan dillərində olan kompozisiyalardan ibarət zəngin repertuara malikdir. Avropa, Türkiyə, Fransa, İtaliya və ərəb estradasının xit mahnılarını ifa edir. Lakin Azərbaycan musiqisi onun yaradıcılığında xüsusi yer tutur. O, İsraildə Azərbaycan musiqi sənətini fəal təbliğ edib, layihələrdən birini əfsanəvi Şövkət Ələkbərovanın xatirəsinə həsr edib, xalq artisti Aygün Səmədzadə, ifaçılar Ayaz Qasımov və Nazim Pişyari və başqaları ilə layihələr həyata keçirib.
O deyib: "Mən Azərbaycanı səmimi qəlbdən sevirəm! Azərbaycan bayrağını görəndə gözlərim yaşarır, bu qədim torpaqda baş verən hər şeyə həyəcanla yanaşıram. Və bu sevgi erkən yaşlardan başlayıb. Uşaqlıqdan bizim evdə Azərbaycan mahnıları - muğam, klassik və estrada mahnıları çalınıb. Həmin vaxt məndə Azərbaycan mədəniyyətinə və musiqisinə qeyri-adi sevgi yaranıb. Babam dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını dağ yəhudilərinin dilinə tərcümə edən ilk adamdır, Zülfüqar Hacıbəyovun əsəri üzrə "Aşıq Qərib" tamaşasını və Azərbaycan nağılı "Pəri xanım"ı səhnələşdirib. Mən əfsanəvi Rəşid Behbudov və Şövkət Ələkbərovanın heyrətamiz səsləri fonunda yuxudan oyanırdım. Həmişə demişəm ki¸ günlərin birində Azərbaycana yaşamağa gedəcəyəm. Bu torpaq yaradıcılığa səsləyir, mədəniyyət və incəsənət canına hopub, Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov kimi dahilər yetişdirib. Buna görə də mən bu mübarək torpaqda yaşamaq və yaratmağa görə xoşbəxtəm"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto-Video)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq





