Dünya

Epşteyn sağdır? - Mask açıqladı

6 Aprel 2026 13:05
Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Maskın atası, amerikalı tədqiqatçı və sahibkar Errol Mask aprelin 6-da amerikalı maliyyəçi Ceffri Epşteynin hələ də sağ olduğunu etiraf edib.

Milli.Az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə verdiyi müsahibədə bildirib .

"O, sağdır. Epşteyn ölməyib. Buna heç bir şübhə yoxdur. Demək istəyirəm ki, onun ölmüş olması heç bir şəkildə, hətta uzaqdan belə mümkün deyil", - o deyib.

Errol Mask Epşteynin ölümü barədə rəsmi versiyaya şübhə ilə yanaşdığını bildirib, bunu əsaslandırmaq üçün qalmaqallı maliyyəçinin cəsədinin aşkarlanması ilə bağlı qəribəliyə diqqət çəkib. Onun sözlərinə görə, hadisə zamanı müşahidə kameraları söndürülüb və həbsxana mühafizəçiləri yatıb.

Qeyd edək ki, Ceffri Epşteynin adı illərdir qalmaqallı cinayət işi ilə hallanır və onunla bağlı sənədlər mərhələli şəkildə ictimaiyyətə təqdim olunur. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.