Muğam Mərkəzinin səhnəsində hind rəqsləri təqdim olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqillik günü münasibətilə bu ölkənin rəqslərindən ibarət musiqili gecə təşkil edilib. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirilib.
Milli.Az xəbər verir ki, Hindistanın "Bihu Hindistan folklor rəqs" qrupunun iştirakı ilə keçirilən tədbirdə hind rəqsləri təqdim olunub.
Tədbirdə bildirilib ki, Hindistanın hər bir ştatının müxtəlif mədəniyyəti var və təqdim olunan rəqslər bu ölkənin Assam vilayətinə məxsusdur. Həmin vilayətdə keçirilən "Bihu" festivalını kənd təsərrüfatında çalışan insanlar məhsul yığımından sonra milli yeməklərlə qeyd edirlər. Daha sonra konsert zərb alətləri, şeypur və fleytanın müşayiəti ilə rəngarəng musiqi nömrələri ifa olunub.
Konsertin sonunda kollektiv Azərbaycan səhnəsində çıxışlarından məmnunluqlarını ifadə etdilər və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyət istiqamətində konsert və elmi-tədqiqat müəssisəsi olaraq birbaşa muğam və xalq musiqisi nümunələrinin, folklor musiqisinin, dünya klassiklərinin və müasir bəstəkarların əsərləri ilə yanaşı, dünya xalqlarının milli rəqslərini də təbliğ edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində səfirliklərlə layihələr reallaşdırılır ki, keçirilən tədbirlərdə milli-etnik mədəniyyət nümunələri təbliğ edilir. Bu günə kimi BMM-in "Etnomusiqi inciləri" layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycanın muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni zamanda, BMM-in təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya və Gürcüstana Azərbaycan musiqiçilərinin səfərləri təşkil edilib.
Hindistan rəqs qrupunun Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışı folklor nümunələrimizin qarşılıqlı tanıdılması məqsədi daşıyır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi





