Artıq üçüncü dəfə Bakı 10-15 İyun tarixində keçiriləcək ənənəviyə çevrilmiş Baku Summer Jazz Days festivalının qonaq və iştirakçılarını qarşılayacaq.
Milli.Az xəbər verir ki, "Baku Summer Jazz Days" beynəlxalq və hərtərəfli layıhədir, hansı ki "Premier Art Management" prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır. Hələ ki çox uzun olmayan müddətinə baxmayaraq festival artıq pərəstişkarlarını və dinləyicilərin simpatiyasını qazanmağı bacarıb.
Konsertlər öncəki illərdən fərqli olaraq yalnız Beynəlxalq Muğam Mərkəzində yox, həmçinin dinləyicilərin azad ziyarəti üçün şəhərin açıq meydançalarında baş tutacaq.
Tədbirdə Azərbaycanın caz sənətkarlarından savayi müxtəlif ölkələrin musiqiçiləri iştirak edəcək - İsrail, Rusiya, Fransa, Gürcüstan və İsveçrə.
Festivalı dünyaca məşhur truba ifaçısı Erik Truffaz və onun kvarteti 10 iyun tarixində açacaq. Erik Truffaz dünyanın ən intellektual və dahi caz ifaçılarından biridir. 8 yaşından o, səhnədə çıxış edir, 30 yaşından isə öz kollektivində ifa edir. Onun konsertləri arasında çətin ki iki eyni proqram və ya şou tapılsın. Bəstəkar kimi, yeni əsər yazma prosesində o, elektron səs effektləri işlədir, caz-rokdan drum-n-base-ə qədər müxtərlif janrları qarışdırır. Belə əsrarəngiz musiqi palitrasına baxmayaraq o öz tanınan ifa üslubunu saxlamağa bacarır.
12 iyun Bakı səhnəsində İsrailin virtuoz kontrabasçısı Adam Ben Ezra və onun kvarteti çıxış edəcək. Fenomenal kontrabasist, multi instrumentalist və Youtube sensasiyası Adam Ben Ezra Bax, Sting, Çik Koria və Bobbi Makferrin kimi müxtəlif əfsanələrdən fərəhlənib və istifadə olunan musiqi alətindən asılı olmayaraq yeni musiqi bəstələmək qərarına gəlib. O öz pallitrasına yenı rənglər qatıb və musiqisinə Caz, Latın və Aralıq dənizi elementləri əlavə edib.
Yayın caz festivalını 14 iyun tarixində İRİAO gürcü etno-caz kollektivi davam etdirəcək, hansı ki keçən il öz ölkəsini Eurovision beynəlxalq musiqi müsabiqəsində təmsil etmişdir. İRİAO-nun bütün repertuarı Gürcü xalq musiqisi üzərində qurulmuş və caz elemenləri ilə zənginləşdirilmişdir. İRİAO dünyanın nəhəng festivallarının gözlənilən qonağıdır. Onların arasında İndoneziyanın Java Jazz, Malayziyanın Borneo Jazz Festival, Ukrainanın Alfa Jazz Festival və digər Avstriya, Polşa və Pribaltika ölkələrinin festivallarını sadalamaq olar.
Gecəni gənc, və son dərəcədə istedadlı caz musiqiçi, Fransalı virtuoz gitarist və bəstəkar Tom İbarra öz kvarteti ilə davam etdirəcək. Baku Summer Jazz Days festivalının ən parlaq iştirakçılarından biri olan Tomun musiqiçi kimi böyüməsində Miles Davis, Pat Metheny və Weather Report kimi nəhəng ulduzlar böyük rol oynayıb. O, Marcus Miller, Richard Bona, Didier Lockwood, Sylvain Luc və başqa bir çox məşhur caz ifaçıları ilə bir səhnədə çıxış edib. Tom İbarra 2017-ci ilin LetterOne "RISING STARS" Jazz Award beynəlxalq caz musiqi yarışının qalibi olub.
15 iyun tarixində Xəzərin sahilində - Dənizkənarı Milli parkda Rusiyalı qonaqlar çıxış edəcək hansıları Oleq Lundstrem Caz Orekestri təmsil edəcək.
Gines rekord kitabına əsasən ən "uzunmüddətli" orkestr bu il 85 illiyini qeyd edir. Yarım əsrdən artıq Rusiyanın caz musiqisini təcəssüm edən big-band əvvəlki kimi öz keyfiyyətini qoruyub saxlayır. Musiqiçilərin çiyinlərinin arxasında 10000-dən artıq konsert olub. Bu dünyada yeganə big-band-dir ki Nyu Yorkda BMT-nin Baş Assambleyasının zalında çıxış edib.
Orkestrin konserti açıq meydançada, şəhər sakinlərinin ən sevimli məkanlarından birində baş tutacaq, və bununla onların parlaq ifaları ilə həm Bakının çoxsaylı sakinləri həm paytaxtın qonaqları tanış ola biləcək.
Festivalın zəngin və rəngarəng proqramından daha bir sürpriz gözlənilir - festivalın xarici qonaqlarının bizim görkəmli caz musiqiçilərimiz ilə birgə çıxışları.
Bu da bir daha o faktı təsdiqləyir, ki musiqi heç bir əngəl və hədd tanımır, çünki dünyanın müxtəlif nöqtələrindən olan musiqiçilər bir birilərini sözsüz, incəsənətin dili vasitəsi ilə anlayırlar.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərsiniz.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az