Mədəniyyət

Stas Pyexa 14 ildən sonra Bakıda - FOTO

28 İyul 2018 16:10
2 Şərh     Baxış: 2 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Jara" festivalı təşkilatçılığın yüksək səviyyədə olduğu, həvəskar və populyar müğənnilərin qatıldığı, geniş auditoriyaya malik möhtəşəm musiqi tədbiridir.

Milli.Az bildirir ki, bunu Trend-ə "Jara" festivalında ilk dəfə iştirak edən Rusiyanın tanınmış müğənnisi Stas Pyexa deyib.

S.Pyexa bildirib: "Bu festival bütün musiqi tədbirləri içərisində birinci olmağa layiqdir. Mənə hətta burada gül də hədiyyə etdilər (gülür). 14 ildən sonra mən Bakıdayam. Sözün düzü, buranı başqa cür təsəvvür edirdim. Azərbaycanın paytaxtı dünyanın böyük şəhərlərini xatırladır, burada arxitektura, muzeylər və qonaqpərvərlik var. Məmnuniyyətlə burada solo-konsert verərdim".

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara" Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.