Mədəniyyət

Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim etdi - FOTO

15 May 2025 16:43
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Opera Studiyasının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur musiqili komediyası - "O olmasın, bu olsun" tamaşası nümayiş etdirildi. Hər zaman sevilən və aktuallığını qoruyan bu əsər bu dəfə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Tamaşada Azərbaycan səhnəsinin tanınmış sənətkarları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Elçin Həşimov (tar) Əməkdar artistlər Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qoçu Əsgər), Tural Ağasıyev ( Rza bəy), Ələkbər Əliyev (Həsənqulu bəy),  Təyyar Bayramov (Xanəndə), Elnur Əhmədov  (kamança), solistlər: Atəş Qarayev (Sərvər), Fatimə Cəfərzadə (Gülnaz), Fəhmin Əhmədli (Həsən bəy), Xalid Bəkirov (Hambal), Sadıq Məlikov (Məşədi Qəzənfər) çıxış etdilər. 

Tamaşanın musiqi rəhbəri və dirijoru - Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, Quruluşçu rejissor - Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Quruluşçu rəssam - Xalq rəssamı Tahir Tahirovdur.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.