19 aprel 2018 il tarixində Bakı Musiqi Akademiyasının Opera Studiyası öz yeni, möhtəşəm layihəsi - məşhur italyan bəstəkarı Vincenzo Bellininin "Norma" operası ilə tamaşaçıların qarşısına çıxacaq.
Son zamanlar BMA-nın Opera Studiyası bir sıra maraqlı layihələrlə ("La passionе del`Opera", "BakuOperArt", "Kamerton" və s.) tamaşaçılar qarşısına çıxıb. Bu dəfə Opera Studiyasının orkestr, solist və xor heyəti iki hissəli bütöv tamaşa ilə görüşə gəlir. Quruluşçu dirijor və Opera Studiyasının Bədii Rəhbəri - Fəxrəddin Kərimov (Xalq Artisiti, professor) Quruluşçu rejissor - Elvin Mirzəyev Xormeyster - Gülbacı İmanova (Xalq Artisti) Konsertmeyster - Yuliya Kərimova Opera sənətində son dərəcə çətin hesab edilən bu vokal nümunələrinin ifaçıları: Norma - Fəridə Məmmədova (Əməkdar Artist) Pollione - Adil Axundov Adalciza - Səbinə Əsədova (Əməkdar Artist) Orovezo - Anton Ferştandt (Əməkdar Artist) Klotilda - İslama Abdullayeva (BMA-nın Solo Oxuma fakultəsinin tələbəsi) Flavio - Hidayət Əliyev (BMA-nın Solo Oxuma fakultəsinin tələbəsi) "Norma" - Opera-seria janrında olan, belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir. Biletlər şəhərin bütün kassaları, asan xidmət mərkəzlərində və iticket.az saytı vasitəsilə satılır!