Mədəniyyət

“Dörd Yarpaqlı Yonca” Bərdədə! - FOTO

18 Dekabr 2024 18:21
Baxış: 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi bir layihəni daha uğurla başa vurdu. 
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə gənclər təşkilatları üçün elan etdiyi 2024-cü il üzrə qrant müsabiqəsinin qalibi olan "Dörd Yarpaqlı Yonca" layihəsi 14 dekabr tarixində Bərdə şəhərində Bərdə Mədəniyyət Mərkəzində keçirilmişdir. 

Milli dəyərlərimizi, vətənpərvərlik hisslərini özündə birləşdirən rəqs festivalında Azərbaycanın dörd fərqli regionundan böyük rəqs kollektivləri iştirak edib. Bu kollektivlər sırasına Bakıdan, Gəncədən, Şəkidən və Ağcabədidən olan komandalar daxildir. 

Festivalın ilk hissəsində kollektivlərə Azərbaycan rəqs incəsənətini layiqində illərdir təmsil edən, yaşadan "Azərbaycan Rəqs Assosiasiyası"nın mütəxəssisləri tərəfindən iştirakçılara rəqs incəsənəti, onun tarixi, səhnə mədəniyyəti, ritmika, etnik folklor rəqsləri üzrə ustad dərsləri keçirilib. 

Günün ikinci yarısı isə seçilən komandalar festivalda  "İgidlər", "Çobanlar", "Azərbaycan suitası", "İnnabı", Tərəkəmə", "Qaytağı", "Məzəli rəqs", "Yüzbiri", "Uzundərə", "Qarabağ"  və sair kimi folklor stilizasiyası rəqsləri ilə səhnədə çıxış ediblər. 
Onların çıxışları təyin edilmiş meyarlara uyğun olaraq ədalətli və peşəkar münsiflər heyəti tərərindən dəyərləndirilib. 

Sonda isə onlar təntənli bağlanış hissəsində mükafatlandırılıblar. 

Layihənin rəhbəri Əziz Əzizov festival sonunda səhnədə öz çıxışında bildirib: "Bizim burada toplaşmağımızın əsas məqsədi dövrümüzün gənc nəslinə rəqs incəsənətinin əhəmiyyəti, tarixi barədə dolğun məlumat vermək, onlara motivasiya olmaq, ruhlandırmaqdır. Hər birinizi tək-tək ürəkdən təbrik edirəm! Hər birinizə böyük müvəffəqiyyətlər arzulayıram!"

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.A

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.