Seymur Fətəliyev: Muzeyə hədiyyə edilən Azərbaycan musiqi alətləri iki ölkənin mədəniyyətləri arasında körpü olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tar, kamança və qaval UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləridir. Azərbaycan bu günə kimi 24 elementi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Paraqvayın Asunson şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası zamanı siyahıya "Azərbaycanda təndir hazırlamaq və çörək bişirmək sənəti" milli nominasiyası da əlavə edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Brüsseldə Kral İncəsənət və Tarix Muzeyinə Azərbaycan milli musiqi alətlərinin hədiyyə edildiyi tədbirdə deyib. "Azərbaycan mədəniyyəti olduqca zəngin və rəngarəngdir, lakin muğam sənəti xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət Muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin fövqəl nümunəsini təmsil edir. Bu trio indiki formasını 19-cu əsrdə alsa da, onu bəstələyən alətlər və ifa etdikləri musiqilər daha qədim mənşələrə malikdir",-deyə S. Fətəliyev bu musiqi alətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, tar Azərbaycan musiqi kimliyinin simvolu, misilsiz ifadə dərinliyi təqdim edən simli musiqi alətidir. Kamança zəngin və ifadəli tembri ilə Azərbaycan ruhunun əsl səsidir. Qavala gəlincə, o, muğamın mərkəzi ritmik elementidir, bu unikal musiqiyə quruluş və nəbz gətirir.
Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi musiqi alətlərini, onların tarixini və simvolikasını ətraflı təqdim edib. "Tar Azərbaycan musiqisinin mühüm alətidir. Ən çox yayılmış versiyaya görə, bu alət XVI əsrdə meydana çıxsa da, onun müasir variantı 1870-ci illərdə məşhur musiqiçi Mirzə Sadıq Əsəd oğlu tərəfindən təkmilləşdirilib. 2012-ci ildən "Simli musiqi aləti olan tar hazırlamaq və ifa etmək sənəti" Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Təqdim etdiyimiz tar Bakıda simli musiqi alətləri ustası Eyvaz İbrahimov tərəfindən tut ağacından hazırlanıb və təbii sədəflə bəzədilib.
Kamança Azərbaycan musiqi ənənəsində ən qədim alətlərdən biridir. Yumşaq, zərif və bir qədər həzin tonu ilə kamança musiqisevərlər tərəfindən xüsusi rəğbətlə qarşılanır. Təqdim etdiyimiz kamança tut və qoz ağaclarını birləşdirən, təbii sədəflərlə bəzədilmiş əl işidir. Onun yuxarı hissəsi nərə balığının dərisindən hazırlanmış nazik qişa ilə örtülüb.
Qaval tar və kamançanın müşayiəti ilə ənənəvi muğam üçlüyünü tamamlayır. Bu üçlükdə əsas rolu ritmik melodiyaları qeyd etmək üçün qavalı çalaraq oxuyan xanəndə oynayır. Təqdim etdiyimiz qaval Gəncə şəhərində usta Mehman Məmmədovun əl işidir. O, tut ağacından hazırlanıb. Balıq dərisi pərdəsi alətə unikal rezonans verir", - deyə S.Fətəliyev bildirib.
Diplomat vurğulayıb ki, bu alətlər iki ölkənin mədəniyyətləri arasında möhkəm körpü olacaq və ziyarətçilərə Azərbaycan musiqisinin tarixini, gözəlliyini və dərinliyini tanıdacaq, zəngin mədəni irsimizi daha çox kəşf etməyə və araşdırmağa ruhlandıracaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
XƏBƏR LENTİ
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
"Avropada müğənnilər məni təkrarlayırlar"
-
Fransa millisi Zidana tapşırıldı
-
Nurlan Serqaliyev saxlanıldı
-
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
DÇ-2026-nın rəmzi komandası açıqlandı
-
"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir





