Rusiya

Rus generalı öldürən Əhməd Qurbanov həbs edildi - Yenilənib - VİDEO

19 Dekabr 2024 22:40
Baxış: 6 963
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

22:40

Moskvanın Basmannı Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi general-leytenant İqor Kirillovu və onun köməkçisi mayor İlya Polikarpovu qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanovu fevralın 17-dək həbs edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Kirillov və köməkçisi dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində generalın evinin yaxınlığında baş verən partlayış nəticəsində həlak olublar. Müstəntiqlər müəyyən ediblər ki, hücum edənlər partlayıcı qurğunu girişin yanında dayanan skuterə yerləşdirib və onu uzaqdan işə salıblar.

Qurbanov dekabrın 18-də saxlanılıb. O etiraf edib ki, Ukraynadan olan kurator generalın öldürülməsi üçün ona 100 min dollar və Aİ ölkəsində yaşayış vəd edib. Qurbanov razılaşdıqdan sonra ona yerin koordinatlarını göndəriblər və komponentlərdən radio ilə idarə olunan bombanın necə yığılacağını izah ediblər.

---------
12:50

Rusiyalı general-leytenant İqor Kirillovu və onun köməkçisini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Qurbanov partlayış baş verən yaşayış kompleksinə - hadisə yerinə gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın "112" Telegram kanalı məlumat yayıb.

Rus generalın öldüyü partlayışın ANBAAN VİDEOSU

Özbəkistan vətəndaşı olan Qurbanov dünən saxlanılıb. O, rus dilini bilmədiyi üçün dindirilməsi üçün tərcüməçi tutulub. Qurbanov etirafında bildirib ki, Ukraynadan olan kuratoru generalı aradan götürməyə görə ona 100 min dollar və Avropa İttifaqında yaşayış vəd edib. Razılaşdıqdan sonra ona koordinatlar göndərilib və komponentlərdən radio ilə idarə olunan bombanın necə yığılacağı izah edilib.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.