Ölkə

Bu ilin ikinci Günəş tutulması başlayıb

21 Sentyabr 2025 21:39
Baxış: 277
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

Milli.Az-ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Məlumata əsasən, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.