Dünya

4 ölkə Fələstinin müstəqilliyini tanıyıb - YENİLƏNİB

21 Sentyabr 2025 23:44
Baxış: 2 539
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı bəyanat verib.

Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Vurğulanır ki, Kanada bu addımı "iki dövlətli həll" imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb.

Böyük Britaniya da Fələstinin müstəqilliyini tanıyıb.

"Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini canlandırmaq və "iki dövlətli həll" üçün Böyük Britaniya rəsmi olaraq Fələstin dövlətini tanıyır", - deyə Britaniya Baş naziri Kir Starmer bildirib.

Bundan sonra Avstraliya da oxşar bəyanatla çıxış edib.

Portuqaliya da Fələstin dövlətini tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.