ABŞ Hərbi Dəniz Qüvvələri aktyor Tom Kruzu dövlət xidməti mükafatına layiq görüb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruz ABŞ Hərbi Dəniz Qüvvələrinə verdiyi "əhəmiyyətli töhfələrə" görə "Görkəmli Dövlət Xidməti Mükafatı"na layiq görülüb.
Amerikalı aktyor Tom Kruz Londondakı Longcross Film Studios-da keçirilən mərasimdə ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Torodan "Üstün Dövlət Xidməti Mükafatını" alıb.
Del Toro filmlərdə oynadığı rollarla orduya verdiyi "əhəmiyyətli töhfələrə" görə Kruza təşəkkür edib və 62 yaşlı aktyora medal təqdim edib.
Kruz Dəniz Qüvvələri tərəfindən verilən mükafatdan qürur duyduğunu bildirib.
Fidan
Milli.Az