Ölkə

Ov mövsümü niyə açılmadı? - Rəsmi CAVAB

19 Dekabr 2024 20:14
Baxış: 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ov mövsümünün açılmamasının səbəbi ötənilki nəticələrdir.

Milli.Az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində canlı yayımlanan "Ekspert saatı"nda deyib.

"Müəyyən heyvan və quşların sayında azalmalar müşahidə olunur. Hazırda növlərin monitorinqi, müşahidələr aparılır. Quşların marşrutunda dəyişikliklər olur, su-bataqlıq arealı quruyur. Bu tendensiyaya bütün dünyada rast gəlinir. Bu il bu müddət nəzarətə götürülmüş müddətdir. Nazirliyin mövqeyi təbii ki, heyvanların, quşların qorunaraq onların gələcək nəsillərə çatdırılmasından ibarətdir. Sayımlar elm adamları tərəfindən aparılır", - deyə o bildirib./Modern.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.