Bakı Müasir Musiqi Cəmiyyəti 26 dekabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində bu ilin son konsertini keçirəcək. "Kiçik Dəniz Küçəsi #2" adlı konsertdə ən yeni dövr Azərbaycan bəstəkarları - Said Qəninin "Koleydoskop" silsiləsindən Adagio (solo piano), "Epizod" (qoboy və ansambl), Ayaz Qəmbərlinin "Akvarel" silsiləsindən "Əntiq əşyalar dükanında" (solo piano), "Elementlərin müqaviməti" triosu (violin, violonçel, piano) , Türkər Qasımzadənin A.Mirseyidin sözlərinə iki nəğmə (soprano və gitara) və Tahir İbişovun "Noktürn" (solo piano), "Ur-fani"(simli orkestr) əsərləri ifa olunacaq. Konsertdə solistlər Fatimə Nəsirli (violin), Əsmər Kərimli (violonçel), Georgi İmanov (violonçel), Humay Qasımzadə (piano), Zakir Əsədov (piano), Rəna Fəhradova (piano), Fəridə Məmmədova (soprano), Raul Hüseynov (gitara), Elşən Məmmədov (qoboy), Eldar İsababayev (kontrabas) ilə yanaşı Samir Əsədovun dirijorluğu ilə Cadenza Contemporary Orchestra da ifa edəcək.
Giriş sərbəstdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az