Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Martın 28- də Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Aşıq Şəmşirin şeir dünyası" adlı ədəbi musiqili konsert keçirilib.
Layihə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el şənliklərində tanınmağa başlayır.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyərək bir sənətkar kimi öz məktəbini də yaratmışdı. Onun 40-dan artıq şəyirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz nümayəndələrinin yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olmuşdur. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi.
Gecənin ssenari müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırova çıxış edərək Dədə Şəmşir yaradıcılığından,aşıq sənətindəki görkəmli yerindən, yaratdığı aşıq havalarından və şeirlərinin bədii estetik xüsusiyyətlərindən söhbət açıb.
Gecədə aşıqlardan Mirəli Mehdiyev, Roman Azaflı, Cahangir Quliyev, İlham Aslanbəyli, Altay Məmmədli, Neymət Qasımlı, Gülara Azaflı, Vüqar Qurbanov, Qaracan Borçalı, Şöhrət Kərimovun ifasında aşıq Şəmşirin "Qurbanın", "Könül", "Bülbül", "Anam yadıma düşdü", "Məni", "Sənsiz", "Dəysin", "Birdə gül", "Dağlar", "Oğluyam" şeirlərini müxtəlif aşıq havaları üstündə səsləndiriblər.
Konsert aşıq musiqisini,saz-söz sənətini sevənlər tərəfindən alqışlarla qarşılanıb.
Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində növbəti konsert aprelin 12- də "Yada salaq Aşıq Ədaləti" baş tutacaq.
Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Sevil-Sevinc: "Çox erkən yaşda ailə başçımızı itirdik" - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ərdoğan Azərbaycana təşəkkür etdi





