Qoran Breqoviç: “Mayın 3-də sizinlə Bakıdakı görüşümü səbirsizliklə gözləyirəm!” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 3-də Heydər Əliyev Mərkəzində konserti keçiriləcək məşhur bəstəkar və ifaçı Qoran Breqoviç Azərbaycandakı tamaşaçılarına videomüraciət ünvanlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, pərəstişkarlarını salamlayaraq, Bakıdakı görüşü səbirsizliklə gözlədiyini bildirib. Məşhur bəstəkar və ifaçı Bakıda verəcəyi ilk konsertdə rəhbərlik etdiyi orkestrin müşayiəti ilə çıxış edəcəyini xəbər verib və hər kəsi konsertə dəvət edib.
Qoran Breqoviç Heydər Əliyev Mərkəzində baş tutacaq konsertində məşhur filmlərə yazdığı, eləcə də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirəcək.
Qoran Breqoviç haqqında maraqlı faktlar:
Uşaqlıq illərində "istedadsızdır" deyilərək musiqi məktəbindən qovulub. Anası ona gitara bağışlayandan sonra Qoranın həyatı dəyişir. O, 1970-ci illərdə bir neçə musiqi qrupunda çıxış edir. Amma məşhurluğu yaratdığı "Bijelo dugme" ("Ağ düymə") adlı rok qrupunda qazanır.
1980-ci illərin sonunda kinorejissor Emiro Kusturitsa Qoran Breqoviçi "Qaraçıların zamanı" ("Time of the Gypsies") filminə musiqi yazmağa dəvət edir. Bu filmdən sonra iki istedadlı insanın iş birliyi uğurla davam edir.
"The Telegraph" qəzeti Qoran Breqoviçin rejissor Emir Kusturitsanın Kann festivalında mükafat almış "Yeraltı" ("Underground") filminə yazdığı musiqiləri kinematoqrafiya tarixində 100 ən yaxşı musiqi sırasına daxil edib. Breqoviçin musiqi yazdığı, fransız rejissor Patris Şeronun "Kraliça Marqo" ("La Reine Margot") filmi isə Kann festivalında iki mükafata layiq görülüb.
O, həmçinin 2010-ci ildə Serbiyanı "Eurovision" Mahnı Müsabiqəsində təmsil edən Milan Stankoviçin "Ово jе Бaлкан" ("Bura Balkandır") mahnısının müəllifidir.
Dünya şöhrətli bəstəkar və ifaçı bu günədək Sezariya Evora, İqqi Pop, Adriano Çelentano, Sezen Aksu, Kaya və digər məşhur müğənnilərlə birgə çalışıb.
20 ildən artıq müddətdə bütün qitələrdə konsert verən Qoran Breqoviç indiyədək 3000-dən çox şou təqdim edib.
Bu günlərdə Fransa, Çexiya və digər ölkələrdə konsert verən Breqoviçin növbəti konserti isə mayın 3-də Heydər Əliyev Mərkəzində olacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Məşhur aktrisa saxlanıldı
-
Qızılın qiyməti yenidən ucuzlaşdı
-
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Bakıda şirkət rəhbəri həbs edildi
-
Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı
-
Qubada avtomobilin vurduğu piyada xəstəxanada öldü
-
Mətanət Əsədova: “Böyük səhv edib müğənni olmuşam”
-
Bəlkə də evinizdə var: Bir əsrlik əsginas hərracda 1200 manata satıldı - (Foto)
-
"Brent" ucuzlaşdı
-
Meksikanın dünya şöhrətli Vaskonselos Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə olundu - (Foto)
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu





