Dərmana pul çatdıra bilməyən Rasim Balayev: “Allaha yalvarıram ki…”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, xalq artisti, sevilən aktyor Rasim Balayev yenicag.az-ın suallarını cavablandırmaqdan da imtina etməyib.
- Çoxdandır görünmürsünüz, haralardasınız?
- Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə tramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı səmimiyyəti, hörməti yox olub gedir.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Baxın, telefonum ən son modeldir, amma bir "salam" verirəm, bir də "sağ ol" deyirəm, vəssalam. Ümumiyyətlə, internet xidmətlərindən istifadə etmirəm.
- Filmlərə də çəkilmirsiniz, evdə oturmusuz, bəs günü necə keçirirsiz?
- Çox darıxıram, amma neyləyim, əlacsızam. Səviyyəli film də yoxdur ki, çəkilim. Belə getsə, heç çəkilməyəcəm də. O cür filmlərdən sonra hansısa səviyyəsiz filmə çəkilib, niyə özümü gözdən salım? Tamaşaçı məni o filmlərlə sevib.

- Son vaxtlar səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər yayıldı. İndi necəsiniz?
- İş-güc də yoxdur, günüm yalnız klinikalarda keçir.
- Hansı xəstəlikdən müalicə olunursunuz ki?
- Şəkər, təzyiq, onurğa problemləri... Onurğa problemləri də ayağımda fəsad yaradıb, yeriyəndə əziyyət çəkirəm. Hamısı qarışıb bir-birinə.
- Dava-dərman da bahadır, pulu necə çatdırırsınız?
- Aldığım təqaüd-zad hamısı müayinələrə, müalicələrə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm (gülür).
- Zarafat edirsiniz?
- Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm.
- Bəs nə əcəb imkanlı dostlarınız sizə kömək etmir?
- Əvvəllər yaxşı dostlarım olub, hətta biri mənə avtomobil də bağışlamışdı. Artıq çoxu rəhmətə gedib.
- Bəs indi yaxşı dostlarınız yoxdur?
- Var. Amma mən ağlayan adam olmamışam. Acından ölərəm, amma gedib hansısa dostuma ağız açmaram.
- Elə ona görə də sizi sevirlər də...
- Amma sevgi də əppək deyil.
- Nə əcəb gedib Türkiyədə müalicə olunmursunuz?
- Şükür Allaha, bu xəstəliyi yola vermək olur. Bir həkim dostum var, deyir, adam var yaxşı qidalanıb, yaxşı hava udub, 80 yaşında da sağlamdır. Amma adam da var, 70 yaşında xəstəliklə əlləşir. Mən uşaqlığımı Aranda yaşamışam, sonra da Bakıya köçmüşəm. Burda da hava yaxşı deyil axı. Amma həmişə Allaha yalvarırdım ki, mənə müalicəsi mümkün olan xəstəliklər ver. Bir dostum da dedi ki, Allahdan nə istədin, onu da verdi, xəstəliklərinin hamısı müalicə olunandı. İndi də yalvarıram ki, ey böyük Allah, mənə əlacsız dərd vermə.
- Rasim müəllim, övladlarınıza bir gün ağlaya bilmisinizmi?
- "Gün ağlamaq" deyəndə ki, hamısını oxutdum, toy elədim, ev-eşik sahibi oldular. İndi də özləri öz başlarını dolandırırlar.

- Sizin kimi aktyor Hollivudda yaşasaydı, indi dirəyi də qızıldan idi...
- Mənim balaca mənzilim vardı, satıb Şüvəlanda ikimərtəbəli ev aldım. Şəraitim də pis deyil.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır





