Rasim Balayevin çəkildiyi film Hindistanda göstəriləcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan istehsalı olan daha bir filmin beynəlxalq festivalda nümayişi nəzərdə tutulub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Nazlı" kinokomediyası noyabr ayında Hindistanda keçiriləcək 48-ci Goa Beynəlxalq Film Festivalının seçim komitəsinə təqdim edilib. Filmin festivalın xüsusi nümayiş bölməsində tamaşaçılara təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, "Cənnətfilm" və "Zaratustra" kino şirkətlərinin müştərək istehsalı olan "Nazlı" bədii filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitatdır. Ekran əsərinin süjet xəttinə əsasən, Nazlı (Xumar Səlimova) çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir.
Nazlının atası Şamil (Rasim Balayev) ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq olan, ciddi biznesmendir. O, qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək. Bundan sonra Nazlının macəraları başlayır.
Fimdə baş rollarda Rasim Balayev, Xumar Səlimova, Fuad Poladov, Ülvi Həsənli, Mehriban Xanlarova və digərləri çəkiliblər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
-
Ermənistanın yeni Konstitusiya layihəsi: 8 mühüm dəyişiklik
-
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Faiq Ağayevin klipindəki məşhur model illər sonra üzə çıxdı (Foto-Video)





